Paytaxtda mənzil-kommunal xidmətlərin keyfiyyətini artırmaq üçün tullantı konteynerlərinin alınması ilə bağlı tender elan olunub.
BAKU.WS-in məlumatına görə, satınalmanı "Bakı şəhər Əsaslı Tikinti və Təmir" MMC həyata keçirəcək.
Layihənin ümumi dəyəri 3 milyon 239 min manat təşkil edir.
Layihə çərçivəsində aşağıdakı avadanlıqların alınması nəzərdə tutulur:
1100 litrlik narıncı rəngli plastik tullantı konteyneri – 2 000 ədəd,
1100 litrlik konteynerlər üçün narıncı rəngli plastik qapaq – 1 500 ədəd,
1100 litrlik yaşıl rəngli plastik tullantı konteyneri – 4 000 ədəd,
1100 litrlik konteynerlər üçün yaşıl rəngli plastik qapaq – 4 500 ədəd,
60 litrlik qapaqlı, tutacaqlı və üzəri yazılı təkərli tullantı qabı – 3 000 ədəd.
Yeni konteynerlərin quraşdırılması ilə şəhərdə məişət tullantılarının toplanması daha səmərəli təşkil olunacaq, küçə və həyətlərin təmizliyi yaxşılaşacaq.