AZ

Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.
Sitat.info xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
23
24
sitat.info

10Mənbələr