AZ

Rusiya bu addımı ilə NATO-nun PUA-lara cavab reaksiyasını test edib?

Rusiyaya məxsus 19 PUA-nın “təsadüfən” Polşa hava məkanına daxil olması əslində Kremlin NATO-nun bu cür həmlələrə cavab reaksiyasını yoxlamaq üçün test ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya bununla NATO-nun dron əleyhinə sistemlərini, eləcə də hava hücumundan müdafiə vasitələrinin işləkliyini və effektivliyini yoxlaya bilər ki, bu da Moskva üçün vacibdir. Çünki Rusiya-NATO qarşıdurmasının baş vermə ehtimalı bu gün hər zamankından daha real görünür. Buna görə də Rusiyanın bu yolla NATO-nun sayıqlığını yoxlaması tamamilə mümkündür.

Xatırladaq ki, Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun elektron müharibə üzrə eksperti Tomas Vaşinqton da bu ehtimalın yüksək olduğunu vurğulayıb. Onun fikrincə, Rusiya PUA-larının Polşa hava məkanını pozmaqda məqsəd NATO-nun reaksiyasını və pilotsuz təyyarələrə cavab vermək qabiliyyətini yoxlamaq ola bilərdi.

S.Əliyev

 

Seçilən
16
1
moderator.az

2Mənbələr