AZ

Çörəyin içindən yad cisim çıxdı

Bakıda vətəndaşın aldığı çörəyin içindən sellofan çıxıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az-a paytaxt sakini bildirib:

"Bu gün səhər 2-ci Alatavada yerləşən "Nail" marketdən 40 qəpiklik çörək aldım. Çörəyin içərisini ovub uşağın supuna qatmaq istəyəndə əlimə bükülmüş "klok" parçası dəydi. Yaxşı ki, gördüm. Uşağın boğazında qalsa, nə olacaqdı... Satıcıdan soruşdum, dedi ki, Yasamaldakı çörək zavodundan gəlir. Böyüyü 50 qəpik, balacası 40 qəpiyə satılır. Bilmirəm, bu çörək hansı vəziyyətdə hazırlanır..."




Xəbər 18 dəfə oxunub.
Seçilən
33
4
xezernews.az

5Mənbələr