AZ

Rey Kərimoğlu: “Saxta medalları geri alıb ləğv etsinlər, bunu videogörüntü ilə təqdim etsinlər”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu saxta orden və medallarla bağlı fərqli təşəbbüs irəli sürüb. QHT sədri bildirib ki, saxta medallarla bağlı cinayət işi açılmasına ehtiyac yoxdur:

"Təklif edirəm ki, saxta medalları paylayanlar və satanlar onları verdikləri adamlardan geri alıb ləğv etsinlər. Və bunu videogörüntü ilə geniş şəkildə cəmiyyətə təqdim etsinlər."

 

Pərvanə Fərhadqızı

Seçilən
42
qht.az

1Mənbələr