AZ

Şikorski Kiyevdə Trampın bəyanatına sərt cavab verdi: Bu, səhv deyildi

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Polşanın xarici işlər naziri Radoslav Şikorski Kiyevə səfəri zamanı ABŞ prezidenti Donald Trampın "Rusiyaya məxsus dronların Polşa ərazisinə daxil olmasının səhv ola biləcəyi” barədə dediklərinə sərt reaksiya verib.

Qaynarinfo xəbər verir ki, Sikorski ABŞ prezidentinə X-də cavab verib.

"Xeyr, bu, səhv deyildi”, – o yazıb.

Kiyevdə ona məruzə olunub ki, həmin gecə Polşaya hücum edən 19 rus dronuna paralel olaraq Ukrayna üzərində 400-dən çox dron və onlarla raket uçub. Polşanın səfiri Pyotr Lukaszeviç bildirib ki, ölkənin Kiyevdəki səfirliyi hücum nəticəsində yaranmış fəsadları aradan qaldırıb və normal rejimdə fəaliyyətini davam etdirir.

"Polşa üzərindən 19 pilotsuz uçuş aparatı keçən gecə Ukrayna üzərindən 400-dən çox dron və 40 raket uçdu. Bu, səhv deyildi”, – Sikorski əlavə edib.

UNIAN-ın məlumatına görə, Rusiyanın Polşaya qarşı dron hücumu Ukrayna müharibəsinin başlanmasından bəri NATO ilə Rusiya qüvvələrinin ilk birbaşa təması olub. Varşavanın bildirdiyinə görə, Polşa hava məkanına 19-a yaxın pilotsuz aparat daxil olub, onlardan yalnız bir neçəsi vurulub. Əksəriyyətinin döyüş başlığı olmayan İran istehsalı "Şahed”lər olduğu, Rusiyanın isə onları hava hücumundan müdafiə sistemlərini yormaq üçün istifadə etdiyi açıqlanıb.

Hadisə Rusiya və Belarusun "Qərb” adlı birgə təlimlərinin başlanması ilə üst-üstə düşüb və NATO-nun şərq cinahını müdafiəyə hazırlığı ilə bağlı narahatlıq yaradıb. Avropa ölkələri Polşanın müdafiəsini gücləndirəcəklərini bəyan edib, Alyans isə hava hücumundan müdafiəyə əlavə sərmayələrin vacibliyini etiraf edib.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr