Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14–15-də Qətərə səfər edəcək.
Musavat.com xəbər verir ki, İsrailin Qətərə endirdiyi zərbələrdən sonra Ərdoğan bu ölkənin əmiri Şeyx Təmim bin Həmad Al-Tani ilə telefon danışığı aparıb.
Söhbət zamanı Türkiyə lideri Qətərə tam dəstəyini ifadə edib və regional gərginlik fonunda Ankaranın Dohanın yanında olduğunu vurğulayıb.
Musavat.com