"Azərbaycan tarixi kitablarının dili şagirdlərin anlayış səviyyəsinə uyğun deyil".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu bu gün "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, tarix kitablarının dili daha sadə və anlaşılan olmalıdır:
"Bu mənim vətəndaş kimi mövqeyimdir. Düşünürəm ki, bu dəyişməlidir".