AZ

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri nəqletmənin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ərzurum CənubiQafqaz boru kəməri ilə 15,200 milyard kubmetr qaz ötürülüb.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməriilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 324,7 milyonkubmetr və ya 2,2% artıb.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 26,663milyard kubmetr qaz nəql edilib və 2024-cü ilin yanvar-avqustaylarına nisbətən 0,7% faiz artım müşahidə olunub. Qazın nəqlinin57%-i BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsiləhəyata keçirilib.

Seçilən
77
az.trend.az

1Mənbələr