AZ

İran: “Bütün zənginləşdirilmiş nüvə materialımız ABŞ və İsrail zərbələrindən sonra dağıntılar altında qalıb”

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. 

Olaylar.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçi ABŞ və İsrailin hava zərbələrindən sonra ölkənin bütün zənginləşdirilmiş nüvə materialının dağıdılmış obyektlərin qalıqları altında qaldığını bəyan edib.

Nazirin sözlərinə görə, İran Atom Enerjisi Təşkilatı vəziyyəti qiymətləndirir və nəticələr barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasına hesabat təqdim edəcək:

"Bütün materiallarımız bombalanmış obyektlərin dağıntıları altındadır. Hazırda müvafiq orqanlar vəziyyəti araşdırır və nəticələr ali orqanlara çatdırılacaq", - deyə Arakçi televiziya çıxışında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
1
olaylar.az

2Mənbələr