“Barselona”nın hücumçusu Lamin Yamal 18 yaşının qeyd olunması ətrafında yaranan qalmaqala münasibət bildirib.
Publika.az xəbər verir ki, İspaniya millisinin oyunçusunun ad gününə bir çox tanınmış simalar qatılıb. Tədbirdə həmçinin cırtdan boylu insanlar da iştirak ediblər. Bunun ardından axondroplaziya və digər skelet displaziyaları ilə yaşayan insanların assosiasiyası bəyanat yayaraq iddia edib ki, onlar əyləncə məqsədilə dəvət olunublar. İspaniyanın Sosial Hüquqlar Nazirliyi məsələ ilə bağlı araşdırma aparılmasını istəyib.
“Mən əsəbiləşmədim, hətta gülməli gəldi. Müxtəlif yollarla tədbiri qaralamağa çalışdılar. Bir qadın mənim guya qızları seçdiyim haqda danışırdı, amma bunların hamısı yalan idi. Sonra da orada işləyən ofisiantlarla bağlı uydurma hekayələr ortaya atıldı”, – deyə Yamal “Marca”ya açıqlamasında bildirib.
Qeyd edək ki, Yamalın 18 yaşı iyulun 13-də tamam olub.