AZ

Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 161 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD (DAEŞ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 161 nəfərin saxlanıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, əməliyyat bir həftə davam edib və Türkiyənin 38 vilayətini əhatə edib.

O, terror təhlükəsinin aradan qaldırılmasına verdiyi töhfəyə görə Türkiyənin xüsusi xidmət və prokurorluq orqanlarına təşəkkür edib.

Saxlanılanlar terror təşkilatında iştirakda və cinayət strukturlarını maliyyələşdirməkdə ittiham olunurlar. Axtarışlar zamanı dövlət qeydiyyatına alınmamış silahlar və qadağan olunmuş ədəbiyyat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, hüquq-mühafizə orqanları ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.

Seçilən
14
4
ikisahil.az

5Mənbələr