AZ

AQTA: Ötən həftə dünyada yeni xəstəlik halları aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.

Bildirib ki, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliyanın Santarem dairəsində, İspaniyanın Andalusiya muxtar icmasında, Norveçin Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Videoməlumatla linkdə tanış ola bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
11
azertag.az

10Mənbələr