
“Kabab yeməyinin kədərli nəticələri onkologiyanın inkişafı, mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşməsi, eləcə də yaxın vaxtlarda mədə və ya bağırsaq üzərində aparılmış əməliyyatlardan sonrakı ağırlaşmalar ola bilər.” Bunu “Moskva 24”ə dietoloq Yevgeni Arzamasçev bildirib.O qeyd edib ki, bu yeməkdə orqanizm üçün zərərli kanserogenlər mövcuddur. Onlar hüceyrələrin quruluşuna mənfi təsir göstərir və bununla da xərçəngin inkişafı riskini artırır, – deyə Arzamasçev xəbərdarlıq edib.Həkimin sözlərinə görə, xüsusilə çox yağlı ət kabablarında kanserogenlərin miqdarı daha çoxdur.Onun fikrincə, kababdan mədə xorasından və qastritdən əziyyət çəkən xəstələr, divertikuliti olanlar, eləcə də artıq çəkisi olan şəxslər imtina etməlidirlər.Dietoloq həmçinin xatırladıb ki, qızardılmış ətin sui-istifadəsi xolesterin səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.Ulusum.az
Diqqət Çəkənlər
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Lukaşenko Trampın xahişi ilə 14 xarici vətəndaşı əfv etdi
Necə “uyğun” insana çevrilməyək?