AZ

UEFA Gənclər Liqası: "Qarabağ"ın iştirak ərizəsi bəlli olub

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsi bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

"Köhlən atlar" siyahıya 4-ü legioner olmaqla 32 oyunçunun adını daxil edib. Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı hücumçudur.

Qapıçılar: Tunar Qasımov, Teymur Həsənov, Elşən Nəsirov, Bilal Hacıyev

Müdafiəçilər: Əli Abışev, Məsud Əlişanlı, Rəşad Alışov, Emil Binyatzadə, Həbib Qədimov (Rusiya), Uğur Qurbanlı, Cavid Məlikov, Cavid Məmmədov, Səbuhi Niftiyev, Amin Rzayev, Rəvan Teymurov, Əhməd Vəliyev

Yarımmüdafiəçilər: Eltun Babazadə, Əli Bəşirov, Əli Qazıbəyov, Ahmet Levent Gülenç (Türkiyə), İlkin Hacıyev, Əbdüləziz Cabbarlı, Hikmət Cəbrayılzadə, Elton Mikayılov, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə

Hücumçular: Toheeb Abiodun, Muyideen Olude (hər ikisi Nigeriya), Əli Əliyev (2018-ci ildən klubdadır), Əli Əliyev (2024-cü ildə kluba qoşulub), Əli İbrahim, Şahismayıl Cəfərov.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi "Benfika"nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İdman.biz

Seçilən
25
5
idman.biz

6Mənbələr