Məlumata görə, təşəbbüs qrupu sentyabrın 12-də ilk iclasını keçirib. Təklifin parlamentin müzakirəsinə isə sentyabrın 20-dən sonra çıxarılması planlaşdırılır. Konstitusiyaya əsasən, təşəbbüsün parlamentə təqdim olunması üçün deputatların üçdə birinin dəstəyi tələb olunur. Sənədin qəbul edilməsi isə yalnız azı üçdə iki - 60 deputatın səsi ilə mümkündür. Qanuna görə, əgər parlament özünü buraxmaq barədə qərar qəbul edərsə, növbədənkənar seçkilər 40-65 gün ərzində keçirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31