AZ

İndoneziya Bali adasında daşqın qurbanlarını təxliyə etmək üçün hərbçi göndərəcək

İndoneziya hakimiyyəti Bali adasında güclü daşqın qurbanlarını təxliyə etmək üçün hərbçiləri yerləşdirir...

Poliqon bu barədə İndoneziya ordusunun informasiya xidmətinin rəhbəri, briqada generalı Vahyu Yudhayanaya istinadən xəbər verir.

“Hazırda İndoneziya ordusunun 300-dən çox şəxsi heyəti, həmçinin Milli Polis, Milli Axtarış və Xilasetmə Agentliyi və digər aidiyyatı qurumların əməkdaşları müxtəlif yerlərdə yerləşdirilib”, deyə xidmət rəisi bildirib.

Yudhayana əlavə edib ki, hərbçilər daşqınlardan zərər çəkmiş 147 bölgəyə göndəriləcək. Bundan əlavə, hərbçilər torpaq sürüşmələrindən zərər çəkmiş 32 əraziyə yardım üçün cəlb olunacaq. Ordunun vəzifələrinə insanların axtarışı, həmçinin çirklənmiş ərazinin palçıq və dağıntılardan təmizlənməsi daxildir.

Bali adasında son on ildə ən güclü daşqınlar adaya sentyabrın 8-i və 9-da yağan leysan yağışları nəticəsində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 20-yə yaxın insan təbii fəlakətdən sağ çıxa bilməyib, daha 5 nəfər itkin düşüb. Adada bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Poliqon.info

Seçilən
84
poliqon.info

1Mənbələr