AZ

Almaniya BMT nin Fələstin dövlətinin yaradılması ilə bağlı qətnaməsini dəstəkləyəcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Almaniya hökuməti Fransanın Fələstin dövlətinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırlaşır. Bu, onun Yaxın Şərq siyasətində böyük dönüş və həm ABŞ, həm də İsraillə münasibətlərin gərginləşməsi deməkdir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" planla tanış olan mənbələrə istinadən xəbər verir.

Mənbələrin verdiyi məlumata görə, Berlin sentyabrın 12-də BMT-də Fransa və Səudiyyə Ərəbistanının dəstəyi ilə hazırlanmış Nyu-York Bəyannaməsini ehtiva edən qətnaməyə səs vermək niyyətindədir. Sənəd Fələstin dövlətinin yaradılmasının zəruriliyini təsdiq edir və qaçqınların geri qayıtmaq hüququ ilə bağlı bənddən ibarətdir.

Eyni zamanda Almaniya, Fransa və Böyük Britaniyadan fərqli olaraq, hazırda Fələstin dövlətini rəsmən tanımağı planlaşdırmır. Almaniya rəhbərliyi hesab edir ki, qaçqınların qaytarılması məsələsi danışıqların predmeti olaraq qalmalıdır, baxmayaraq ki, o, iki dövlət prinsipini dəstəkləməyə hazırdır.

Qətnamədə həmçinin HƏMAS-ın törətdiyi qətllər və girov götürülmələri pislənir və qrupun Qəzzanı idarə etməməsi vurğulanır.

Almaniyanın mövqeyini dəyişməsi çox güman ki, İsrailin Qətərin paytaxtı Dohaya hava zərbələri endirməsinə reaksiya olub. Bu zərbələr Avropada geniş rezonans doğurdu və diplomatik atmosferi kəskin şəkildə pisləşdirdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr