AZ

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” nümayiş etdirilir

Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə nümayiş olunub.

Tədbirdə Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərəkrəssamın yaradıcılığını yüksək qiymətləndiriblər.

Müəllifin əsərləri indiyədək Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbər mədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib.

Qeyd edək ki, sərgi dekabrın 30-dək davam edəcək.

Seçilən
30
3
kulis.az

10Mənbələr