AZ

Əsas heyətdən kənarlaşdırıldığı üçün klubdan ayrılan futbolçu Sumqayıt la razılaşdı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev karyerasını "Sumqayıt"da davam etdirəcək.

Oxu.Az Football.ua-ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Polessye"dən ayrılıb.

Orta sahə oyunçusunun növbəti klubu "Sumqayıt" olacaq. Belə ki, onun "gənclik şəhəri" təmsilçisi ilə danışıqlarının yekunlaşdığı bildirilib.

"Sumqayıt" millimizin üzvü ilə birillik müqavilə imzalayacaq.

Klub tezliklə bu keçidi açıqlayacaq.

Qeyd edək ki, "Polessye" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Emil Mustafayev ilin ilk yarısını icarə əsasında "Çernomorets"də keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
137
3
oxu.az

3Mənbələr