AZ

Əsas heyətdən kənarlaşdırıldığı üçün klubdan ayrılan futbolçu "Sumqayıt"la razılaşdı

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev karyerasını "Sumqayıt"da davam etdirəcək.

23 yaşlı yarımmüdafiəçi "Polessye"dən ayrılıb.

Orta sahə oyunçusunun növbəti klubu "Sumqayıt" olacaq. Belə ki, onun "gənclik şəhəri" təmsilçisi ilə danışıqlarının yekunlaşdığı bildirilib.

"Sumqayıt" millimizin üzvü ilə birillik müqavilə imzalayacaq.

Klub tezliklə bu keçidi açıqlayacaq.

Qeyd edək ki, "Polessye" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Emil Mustafayev ilin ilk yarısını icarə əsasında "Çernomorets"də keçirib.  (Oxu.Az)

Seçilən
106
3
musavat.com

3Mənbələr