AZ

Maduro Venesuelanın aktiv müdafiə planını işə saldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Venesuela Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro ölkənin aktiv müdafiəsi planını hərəkətə keçirib.
Oxu.Az bu barədə "Venezolana de Televisiоn" telekanalına istinadla xəbər verir.
"Mən bu əməliyyata ölkənin kompleks müdafiəsi konsepsiyası - sülhə nail olmaq və möhkəmləndirmək uğrunda bu fundamental döyüşdə xalqın fəal müqaviməti və daimi hücum hərəkətləri konsepsiyası çərçivəsində başlayıram", - deyə Maduro vurğulayıb.
Venesuela prezidentinin sözlərinə görə, "Müstəqillik 200" adlanan əməliyyat bütün ölkə ərazisində keçiriləcək, 284 cəbhə cəlb ediləcək.
Seçilən
16
24
oxu.az

10Mənbələr