AZ

UEFA-dan “Qarabağ”a müjdə: Nərimanın əvəzinə yeni hücumçu

"Qarabağ" Azərbaycan millisinin düşərgəsində zədələnən futbolçusu Nəriman Axundzadənin əvəzinə Çempionlar Liqasına yeni oyunçu sifariş edə bilər.

Sportnet.az xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin sentyabrın 11-də Albaniyanın paytaxtı Tiranadakı iclasında çıxarılmış qərara əsasən mümkün olacaq.

Avropa futbol qurumu 2025/2026 mövsümündə UEFA-nın kişilər arasında keçirdiyi klub turnirlərinin reqlamentinə düzəlişi təsdiqləyib. Pepperoni pizza

Bu dəyişiklik mövsüm ərzində zədə və ya xəstəlik üzündən uzunmüddətli sıradan çıxmış maksimum bir meydan oyunçusunun VI turadək, yəni 2025-ci ilin son tur matçınadək müvəqqəti əvəzlənməsinə icazə verir.

Xatırladaq ki, Nəriman Axundzadə sentyabrın 5-də Azərbaycan millisinin səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup oyununda zədələnib. "Qarabağ" onun 3-4 həftə müddətinə sıradan çıxdığını açıqlayıb.


Telegram kanalımız
Seçilən
35
1
yenisabah.az

2Mənbələr