AZ

UEFA 2027 Çempionlar Liqasının final məkanını açıqladı

UEFA 2027-ci il Çempionlar Liqasının finalının “Atletiko Madrid”in oyunlarını keçirdiyi Metropolitano stadionunda oynanacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İspaniyanın paytaxtı Madriddə baş tutacaq.

Qitə futbol qurumu əlavə olaraq 2026-cı il UEFA Super Kubokunun Avstriyanın Zalsburq şəhərində keçiriləcəyini də təsdiqləyib.

Bundan başqa, 2027-ci il UEFA Qadınlar Çempionlar Liqasının finalına Polşanın paytaxtı Varşavadakı Milli Stadion ev sahibliyi edəcək.

UEFA klublar üçün yeni qayda da qəbul edib. Belə ki, uzunmüddətli zədəsi və ya xəstəliyi olan futbolçuların əvəzinə Avropa kuboklarında iştirak edən komandaların heyətində dəyişiklik etməsinə icazə veriləcək. Bu qayda sayəsində heyətdə oyunçu sayının əsassız azalmasının qarşısı alınacaq və futbolçuların əlavə iş yükü ilə üzləşməsinin qarşısı alınacaq. Dəyişikliklər qrup mərhələsinin 6-cı turuna qədər tətbiq edilə biləcək.

Seçilən
53
90deqiqe.az

1Mənbələr