AZ

FBI Çarli Kirkin qətli üzrə şübhəlinin FOTOSUNU yayımladı

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Solt-Leyk-Sitidə baş vermiş qətllə bağlı yeni məlumat yayıb.

Musavat.com xəbər verir ki, qurum Çarli Kirkin ölümü ilə nəticələnən atışma üzrə şübhəli hesab olunan şəxsin fotosunu ictimaiyyətlə paylaşıb.

FBI-dan verilən açıqlamada bildirilib:

“Biz ictimaiyyətdən xahiş edirik ki, bu şəxsin kimliyinin müəyyənləşdirilməsinə kömək etsin. O, Utah Valley Universitetində Çarli Kirkə qarşı baş vermiş ölümcül atışma ilə bağlı istintaq üçün maraq doğuran şəxsdir”.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

Seçilən
10
7
musavat.com

10Mənbələr