AZ

Ter-Petrosyan "Zəngəzur nəqliyyat qovşağı" ifadəsini işlətməyi təklif edir

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Zəngəzur dəhlizi” ifadəsi əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” anlayışından istifadə etməyi təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. lərdə məlumat verib.

Onun sözlərinə görə, bu anlayışlar arasında prinsipial fərq var: “dəhliz” suverenliyə məhdudiyyətlər nəzərdə tuta bilər, “nəqliyyat qovşağı” isə əraziyə və kommunikasiyalara nəzarətin tamamilə Ermənistanda qalması deməkdir.

Ter-Petrosyan vurğulayıb ki, “nəqliyyat qovşağı” məsələsində Ermənistanın suveren hüquqlarının qorunub saxlanılmasına və ərazi bütövlüyünü və ya milli maraqlarına şübhə yaradan hər hansı şərhlərin istisna edilməsinə diqqət yetirilir. Eyni zamanda, onun fikrincə, ölkə maraqlı dövlətlər üçün nəqliyyat infrastrukturunun sərbəst fəaliyyətini - ciddi şəkildə beynəlxalq hüquq çərçivəsində təmin etməyə qadirdir və buna borcludur.

O əlavə edib ki, İrəvan strateji tərəfdaşların - Rusiya, ABŞ və İranın dəstəyinə ümid edir. Bu güclər arasında ziddiyyətlərə baxmayaraq, Ermənistan onların regional sabitliyin təmin olunmasında iştirakını gözləyir.

Seçilən
12
5
redaktor.az

9Mənbələr