AZ

Kamran Quliyev “Sumqayıt”ı tərk etdi - Rəsmi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının keçmiş hücumçusu Kamran Quliyev “Sumqayıt”dan ayrılıb.

Arena.az bu barədə Sumqayıtın eyniadlı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sumqayıt” hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kamran Quliyev 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi. 25 yaşlı hücumçu bu komandanın heyətində 42 oyuna 6 qol vurub, 2 assistlə yadda qalıb.

“Qəbələ”nin yetirməsi olan Quliyev daha öncə “Şamaxı”, “Sabah” və “Yonava” kimi klublarda da çıxış edib.

Kamran Azərbaycanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.

error: Məzmun qorunur!
Seçilən
12
8
arena.az

10Mənbələr