AZ

Avropa 2026-cı ilin sonuna qədər Rusiyadan qaz alımını dayandıracaq – Moskvaya ciddi zərbə

Avropa İttifaqı ABŞ-a 2026-cı ilin sonuna qədər Rusiyadan qaz alışı tam dayandıracağına söz verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kristofer Rayt CNBC telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Avropa siyasətçiləri gələn ilin sonuna qədər Rusiyadan hər hansı formada qaz alımını tamamilə dayandırmağı öhdələrinə götürüblər.

“Bu ilin sonuna qədər hələ də Rusiyadan spot kontraktlar əsasında qaz almaq mümkündür. 2026-cı ildə də Rusiya ilə müqavilə əsasında qaz alınacaq. Amma 2027-ci il yanvarın 1-dən etibarən artıq Rusiyadan qaz olmayacaq”, – deyə Rayt bildirib.

Nazirin sözlərinə görə, hazırda Avropa İttifaqı qaz ehtiyacının təxminən 15 faizini Rusiyadan alır. O həmçinin əlavə edib ki, qarşıdakı bir il yarım ərzində Aİ təbii qaz üçün alternativ təchizatçılar tapmağa imkan tapacaq.

Musavat.com

Seçilən
17
1
musavat.com

7Mənbələr