AZ

Xorxe Silva “Turan Tovuz”da - Rəsmi

Sloveniya təmsilçisi “Olimpiya”nın (Lyublyana) portuqaliyalı futbolçusu Xorxe Silva bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı sağ cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi qoşulub.

Xorxe Silva karyerası ərzində vətənində “Sportinq” Lissabon klubunun B komandasında, “Leyşoynş” və “Pasuş de Fereyra”da oynayıb. 2023-cü ildən “Olimpiya”da çıxış edən futbolçu Lyublyana təmsilçisinin heyətində ötən mövsüm 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb. Silvanın “Olimpiya” karyerası bütövlükdə 94 oyun, 3 qol və 15 assistdən ibarətdir.

Xorxe Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının formasını geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç, İbrahima Vadji və Enrike Silvanı da heyətinə qatmışdı. Alexandro Serrano da Tovuz klubu ilə yeni müqaviləyə imza atıb. İvan Konovalov, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev komandanı tərk ediblər. Rüfət Əhmədov isə “Qəbələ”yə icarəyə verilib.

error: Məzmun qorunur!
Seçilən
23
4
arena.az

10Mənbələr