AZ

Bir yaşlı körpə anasının qucağından yerə düşərək öldü

Neftçalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.

"Unikal"ın Report-a istinadən məlumatına görə, hadisə rayonun II Qaralı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri - 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
14
unikal.az

10Mənbələr