AZ

Millimizin kapitanı zədələnib - Uzun müddət oynamayacaq

Azərbaycan U-21 milli komandasının heyətində ciddi itki baş verib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, kapitan Ayxan Süleymanlı sıradan çıxıb.

"Sumqayıt"ın müdafiəçisi Avro-2027-nin seçmə mərhələsinin 2-ci turunun Bakıda Bolqarıstanla keçirilən matçında (1:1) zədələnib.

21 yaşlı futbolçunun ilk hissənin son dəqiqələrində dizinin çarpaz bağları qopub. Ayxanın zədəsi ciddidir. Gənc sol cinah müdafiəçisi əməliyyat olunacaq. Futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ayxan Süleymanlı 2023-cü ilin yayında "Zirə"dən "Sumqayıt"a keçib. O, cari mövsümdə "kimyaçılar"ın heyətində Premyer Liqada 3 matçda meydana çıxıb.

İdman.biz

Seçilən
23
2
idman.biz

3Mənbələr