AZ

Təyyarədə ƏMƏLİYYAT: Sərnişinlərdən oğurluq edənlər həbs edildi FOTO

News24 saytına istinadən ain.az xəbər verir.

Təyyarədə sərnişinlərin əl yükündən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hava nəqliyyatında sərnişinlərin əl yüklərindən oğurluq edənlər müəyyən edilib. DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar.

Araşdırmalar göstərib ki, şübhəli şəxslər sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla ələ keçiriblər. Daha sonra, uçuş zamanı şübhə oyatmamaq üçün çantalara qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri qoyublar.

Saxlanılan şəxslərin üzərindən iş üçün mühüm maddi və elektron sübutlar aşkar edilərək istintaqa təqdim olunub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
news24.az

10Mənbələr