
Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar — 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar. Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər. Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib. Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.Ulusum.az
Diqqət Çəkənlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Netanyahu Qətərə hücuma görə alqış tələb edir