AZ

Elektron Təhlükəsizlik Xidmətindən kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib.

Trendhəmin müraciəti təqdim edir:

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyətgöstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinəəsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlaynbilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.

Dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxtaveb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsiləendirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşlarıtəcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı vədigər fərdi məlumatlarını əldə etməyə çalışırlar.

ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqlarımənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərədaxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç birhalda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satışplatformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərindoğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər".

Seçilən
38
46
az.trend.az

10Mənbələr