AZ

Turizm Agentliyi media tura hazırlaşır: bu dəfə hansı “sensasiyaya” imza atacaqlar?

Avqustun 31-də, yay mövsümünün başa çatdığı ərəfədə Şüvəlanda iki çimərliyin açılışını edən Dövlət Turizm Agentliyi daha bir tədbirə hazırlaşır.

Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı tender keçirib.

Rəsmi qaynaqlarda qeyd edilir ki, Agentlik daxili turizmin təbliği və təşviqi üçün media turlar təşkil edəcək. Bununla bağlı “VATA” MMC ilə 73 min 646 manatlıq müqavilə bağölanılıb.

Bildirək ki, sözügedən mediatur Palçıq Vulkanları Turizm Kompleksində, Şəki və Kiş qoruqlarında, Naxçıvan Muxtar Respublikasında, Astaranın Sım kəndində, Lahıc və Basqal qoruqlarında reallaşdırılacaq.

Tribunainfo.az-ın qısa araşdırması zamanı bəlli olub ki, DTA-nın tendderinin qalibi olan ilə “VATA” MMC 2025-ci ildə cəmi 4 tenderin qalibi olub. Təəccüblü olmasa da, qeydd edək ki, şirkət yalnız Agentliyin tenderlərinin qalibi olub. Belə ki, “Vata” MMC 01.04.2025-ci ildə Agentliyin Yaxın Şərq ölkələrində təbliğat xidmətlərini reallaşdırıb. Bunun müqabilində isə 529 min 840 manat ödəniş alıb. Bundan başqa, Cənubi Koreya və İsraildən jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərini də sözügedən şirkət təşkil edib. “Vata” MMC bunun qarşılığında 135 min 39 manatlıq müqavilə bağlayıb.

Bu ilin mayında isə şirkət Agentliyin BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası ilə bağlı təşkilati xidmətlərinin satın alınmasını həyata keçirib. Bu layihənin dəyəri isə 150 min 15 manat təşkil edib.

P.S. Ümid edək ki, Dövlət Turizm Agentliyi bu dəfə də “sensasiyaya” imza atıb, hamını təəccübləndirməyəcək.

Fərda Uğur

Seçilən
24
1
tribunainfo.az

2Mənbələr