AZ

Tokayev: “Qazaxıstan parlament respublikası olmayacaq”

AzVision.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev belə bəyanatla çıxış edib.

“Mən kifayət qədər açıq deyəcəyəm: islahatın mahiyyəti siyasi sistemimizin institusional bazasını daha da gücləndirməkdən ibarətdir. Parlamentli respublikanın yaradılması məsələsi gündəmdə deyil”,- Tokayevin mətbuat xidməti onun bəyanatından sitat gətirir.

Qazaxıstan lideri bildirib ki, ölkənin siyasi gündəliyini müəyyənləşdirən“Güclü prezident – nüfuzlu parlament – hesabat öhdəlikli hökumət”modeli əvvəlki kimi öz qüvvəsində qalır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
23
azvision.az

1Mənbələr