Bakı, 11 sentyabr, AZƏRTAC
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.
Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.