AZ

ABŞ-nin məxfi xidməti Trampın iştirak etdiyi tədbirlərdə təhlükəsizliyi gücləndirəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yüksəkvəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan ABŞ məxfi xidməti Yuta ştatında mühafizəkar fəal Çarli Kirkin öldürülməsindən sonra Prezident Donald Trampın iştirak etdiyi tədbirlərdə təhlükəsizliyi gücləndirmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısının iştirakı ilə keçirilən kütləvi tədbirlərdə təhlükəsizlik gücləndiriləcək. Bundan əvvəl Ağ Ev Vaşinqton administrasiyası rəhbərinin iş qrafikini dərc edib. Tramp Pentaqonda 2001-ci il 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmək niyyətindədir. O, həmçinin Nyu-Yorkda beysbol oyununda iştirak edəcək.
Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Trampın tərəfdarı olan fəal dəfələrlə ABŞ-nin Ukraynaya hərbi yardım göstərməsinə qarşı çıxıb. FTB və yerli hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışını davam etdirir.
Seçilən
73
41
oxu.az

10Mənbələr