AZ

Bioloji aktiv qida məhsullarının qeydiyyat prosesi elektronlaşdırılır

Bioloji
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemində (http://aqtis.afsa.gov.az) “Bioloji aktiv qida məhsullarının qeydiyyatı” modulunun tətbiqinə başlanılıb. Bu barədə 1news.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, ölkədə bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar bu məhsulların qanunvericiliyə uyğun qaydada qeydiyyata alınması üçün müraciətlərini həmin modul vasitəsilə agentliyə ünvanlaya, eyni zamanda, qeydiyyat prosedurunun mərhələləri üzrə müraciətlərinin icra vəziyyətini izləyə bilərlər.

Qeyd edək ki, 2024-cü il martın 13-dən etibarən 1545 adda məhsul qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Qeydiyyat müddəti 5 ildir.

Seçilən
34
4
1news.az

5Mənbələr