Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"na dəyişiklik edib.
Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, çıxarışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi çıxarışın təqdim edilməsinə bərabər tutulacaq.