AZ

Qətərdə təcili sammit keçiriləcək

İsrailin "The Jerusalem Post" qəzetinin Qətərdəki rəsmi hökumət mənbələrinə istinadən yaydığıməlumataəsasən, ikigünlük sammit öz işinə bazar günü başlayacaq.

Sammitdə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının rəhbər şəxslərinin İsrail tərəfindən Qətərdə hədəfə alınmaları ilə əlaqədar müzakirələr aparılacaq.
HƏMAS atəşkəs danışıqlarına qayıtmağa hazırdır

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağındaatəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır".

Firudin Həmidli
AzVision.az
Seçilən
40
azvision.az

1Mənbələr