AZ

Sabah leysan yağacaq

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntı axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-21, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Seçilən
20
49
sitat.info

10Mənbələr