AZ

İnklüziv təhsillə bağlı problemlər operativ həll ediləcək - Nazir

İnklüziv təhsilin tətbiqi müəllimlər arasında bəzən mübahisələrə səbəb olur. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, inklüziv siniflərin sayı artıq artmaqdadır və bəzi məktəblərdə müəyyən fikir ayrılıqları müşahidə oluna bilər: “Bu spesifik məsələdir. Əgər hər hansı məktəbdə inklüziv təhsillə bağlı problem yaranarsa, bizə bildirilməlidir. Biz dərhal həmin məktəbə gedib məsələni həll edəcəyik. Səhv edən şəxslə bağlı isə media qarşısında açıqlama verərək müvafiq tədbir görəcəyik ki, bu, digərlərinə də nümunə olsun”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
15
sia.az

1Mənbələr