AZ

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi müzakirə mövzusu deyil - Nazir

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi müzakirə mövzusu deyil və bu istiqamətdə hər hansı inzibati qərar qəbul edilməyib. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Rus dilində təhsil alanların olması müxtəlif səbəblərlə izah oluna bilər və bu, müsbət hal kimi dəyərləndirilə bilər. Hazırda rus bölmələrinin inzibati qaydada bağlanması məsələsi gündəmdə deyil,” –  nazir qeyd edib.

Nazir əlavə edib ki, rus bölmələrinin sayının azalması yalnız obyektiv səbəblərlə, məsələn, müəllim çatışmazlığı və ya tələbatın olmaması hallarında baş verə bilər:

“Əgər hansısa məktəbdə rus dili üzrə müəllim çatışmırsa və ya valideynlərin tələbatı azdırsa, təbii ki, bu halda azalma müşahidə oluna bilər. Lakin bu, məqsədli şəkildə həyata keçirilmir",  nazir deyib.

Gülnar

Seçilən
24
1
anews.az

2Mənbələr