AZ

“Baksol yolu”nun kənarında yanğın

Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
69
10
unikal.az

10Mənbələr