AZ

Taleh Qaraşov sakinlərin qayğı və problemlərini dinləyib - FOTOLAR

Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. İcra başçısı bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib, bununla bağlı vətəndaşlar məlumatlandırılıblar. Taleh Qaraşov qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi vətəndaş məmur münasibətlərində birbaşa dialoq mühitinin daha da inkişaf etdirilməsinə, qaldırılan məsələlərin ümumiləşdirilmiş şəkildə dövlət başçısına çatdırılmasına, habelə sözügedən məsələlərin həlli ilə bağlı mümkün mexanizimlərin işlənib hazırlanmasına xidmət edir.

Kərgəlan, Darquba, Səbir və Lüvəsər kəndlərinin sakinləri onları narahat edən ümumi və şəxsi problemlərini birbaşa şəhər İcra hakimiyyətinin başçısına çatdıra bildiklərinə, qaldırdıqları məsələlərin həllinə yönəlik səmimi münasibət gördüklərinə, vətəndaş-məmur münasibətlərində birbaşa dialoq mühitinin inkişafına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
15
42
unikal.az

10Mənbələr