AZ

İğdır Universitetinin rektoru ADAU-ya səfər edib - FOTOLAR

Türkiyə Respublikasının İğdır Universitetinin rektoru və Türkiyə Azərbaycan Dərnəyinin (TAD) prezidenti Prof. Dr. Ekrem Gürel Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

"Unikal" xəbər verir ki, qonaqla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü qabarıq şəkildə göstərməkdədir. Bu əməkdaşlıq həm ölkələrimizin gələcəyi, həm də gənclərimizin daha keyfiyyətli təhsil alması baxımından mühüm əhəmiyyət daşıyır.

“Görüşümüzün məqsədi universitetlərimiz arasında elmi-tədqiqat, tədris, tələbə və müəllim mübadiləsi sahələrində daha sıx əməkdaşlıq imkanlarını müzakirə etməkdir. İnanıram ki, birgə layihələr, müştərək konfranslar, ortaq təhsil proqramları və innovativ təşəbbüslər hər iki ali təhsil ocağına fayda gətirəcəkdir. Əminəm ki, bu əməkdaşlıq yalnız universitetlərimizin deyil, bütövlükdə kənd təsərrüfatı və aqrar sahədə kadr hazırlığının inkişafına töhfə verəcək,” – deyə Zəfər Qurbanov bildirib.

Səmimi qarşılama və qonaqpərvərliyə görə təşəkkür edən Ekrem Gürel birgə əməkdaşlığın inkişafında maraqlı olduğunu və qarşılıqlı səylərin hər iki ölkənin aqrar sahəsində mütəxəssis hazırlığına da fayda verəcəyindən əminliyini ifadə edib.

Sonda qonaqlar Universitetin müasir laboratoriyaları, qapalı balıq yetişdirmə laboratoriyası, vivariumu və yenidən qurulan ADAU TV studiyası ilə yerində tanış olub.

Seçilən
10
50
unikal.az

10Mənbələr