Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfə artıb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, gələcəkdə bu tip müəssisələrin sayının artırılması gözlənilir:
"Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Gələcəkdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulub.
Məqsəd ölkədə olan 39 lisey sayının 100-ə çatdırılmasıdır. İlkin mərhələdə bu təhsil müəssisələrinin məzun keyfiyyətini görürük. Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik".