Bakı. Trend:
COP30-da su ilə bağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdətutulub.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlimməsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev bu günBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündəjurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, COP30-un keçiriləcəyi Braziliya dünyanın ənzəngin su ehtiyatlarına malik ölkədir: "Əlbəttə, COP30-da su iləbağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdə tutulub. Daha dəqiqtəşbbüslə onlar özləri çıxış edəcəklər. Amma sudan düzgün istifadəgündəmdə olan əsas məsələlərdəndir. Bu məsələ su ehtiyatları zənginolan Braziliyada da aktualdır".
"Məsuliyyətli suyun istehlakı bu günün əsas mövzusu olmalıdır.Ona görə də fürsətdən istifadə edib hamını bu məsələdə bir olmağa,kömək etməyə çağırıram", - deyə M. Babayev qeyd edib.