AZ

COP 30-da su ilə bağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdə tutulub - Muxtar Babayev

COP30-da su ilə bağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, COP30-un keçiriləcəyi Braziliya dünyanın ən zəngin su ehtiyatlarına malik ölkədir: "Əlbəttə, COP30-da su ilə bağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdə tutulub. Daha dəqiq təşbbüslə onlar özləri çıxış edəcəklər. Amma sudan düzgün istifadə gündəmdə olan əsas məsələlərdəndir. Bu məsələ su ehtiyatları zəngin olan Braziliyada da aktualdır".

"Məsuliyyətli suyun istehlakı bu günün əsas mövzusu olmalıdır. Ona görə də fürsətdən istifadə edib hamını bu məsələdə bir olmağa, kömək etməyə çağırıram", - deyə M. Babayev qeyd edib.

Seçilən
11
1
day.az

2Mənbələr